Sabirabad Rayon Gənclər və İdman İdarəsi

VIII Foruma hazırlıqla əlaqədar olaraq Sabirabadda Zona toplantısı keçirilib

15 oktyabr 2018-ci il tarixdə Sabirabad rayon Mədəniyyət Mərkəzində  Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilmişdir. Zona toplantısında Aran iqtisadi rayonuna daxil olan rayonların gəncləri iştirak edirdilər.
Tədbidə Sabirabad raoyon İcra Hakimiyyətinin Başçısı Nazim İsmayılov, Gənclər və İdman Nazirliyinin gənclərlə iş üzrə şöbənin müdiri İndira Hacıyeva, Milli Məclisin üzvü Elçin Quliyev, eyni zmanda, Gənclər Fondunun, İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Dini Qrumların işi üzrə Dövlət Komitəsinin əməkdaşları, habelə zonaya daxil olan rayon, şəhər gənclər və idman idarələrinin rəisləri iştirak edirdilər.
Toplantı iştirakçıları Ümummilli lider Heydər Əliyevin heykəli önündə gül dəstələri qoydular.Daha sonra qonaqlar və toplantı iştirakçıları gənclərin əl işlərindən ibarət təşkil olunmuş sərgi ilə tanış oldular.
Sərgi ilə tanışlıq bitdikdən sonra Sabirabad Mədəniyyət Mərkəzinin iclas zalında Azərbaycan Gənclərinin VIII Forumunun zona toplantısı öz işinə başladı. Toplantı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Sabirabad raoyon İcra Hakimiyyətinin Başçısı Nazim İsmayılov, Gənclər və İdman Nazirliyinin gənclərlə iş üzrə şöbənin müdiri İndira Hacıyeva, Milli Məclisin üzvü Elçin Quliyev toplantı iştirakçılarını salamladılar. Rəsmi çıxşlar bitdikdən sonra  zona toplantısının işində əlaqədar dövlət qurumlaraının ekspertlərinin iştirakı ilə müzakirələrə başlandı.
Gənclər Fondunun şöbə müdiri Vüsalə Niftəliyeva, İqtisadiyyat Nazirliyinin Aran Regional İdarəsinin rəisi Elbrus Babayev, Təhsil Nazirliyi adından Sabirabad rayon Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayev, Dini Qrumların işi üzrə Dövlət Komitəsinin əməkdaşı Cahandar Əlifzadə çıxış etdilər. Azərbaycan Respublikası Gənclər Fondunun şöbə müdiri Vüsalə Niftəliyeva isə Fondun fəaliyyəti və yeniliklər barədə  toplantı iştirakçılarına geniş məlumat verdilər.
Ekspertlərinçıxışları bitdikdən sonra toplantı iştirakçıları tərəfindən onları maraqlandıran çoxsaylı suallar verildi, fikir mübadiləsi aparıldı.
İclasda zonaya daxil olan rayon və şəhərlərdən olan Azərbaycan Gəncləri VIII Forumuna seçilmiş nümayəndələrin siyahısı təsdiq edildi.
Bununla da,  Azərbaycan Gənclərinin VIII Forumunun keçirilməsi ilə bağlı Sabirabad rayonunda keçirilən zona toplantısı işini bitirdi.

ILK-10 Azeri Website Directory