Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Vətənpərvərlik - milli mənəvi dəyər kimi mövzusunda tədbir keçirilib.

Yanvarın 29-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Sabirabad rayonu Əsgərbəyli kənd məscidi dini icmasının təşkilatçılığı ilə rayonun Gənclər Mərkəzində Vətənpərvərliyin təbliği Dini Radikalizmə qarşı mübarizə vasitəsi kimi adlı layihə çərçivəsində tədbir keçirilib. 
Tədbirdə Əsgərbəyli kənd məscidi dini icmasının rəhbəri Zakir Əliyev,Sabirabad rayon İcra Hakimiyyətinin sektor müdiri Mirzağa Hümbətov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın nümayəndəsiAnar Əliyev, komitənin İmişli bölgəsi üzrə şöbəsinin müdir Cavanşir Bəhrəmov, rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Qarabağ Müharibəsi Veteranlari İçtimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, və gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə Əsgərbəyli kənd məscidi dini icmasının rəhbəri Zakir Əliyev qeyd edib ki, Vətənpərvərliyin təbliği Dini Radikalizmə qarşı mübarizə vasitələrinin gələcək nəslə olduğu kimi ötürülməsi dövlətin əsas məqsədlərindən biridir. 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın nümayəndəsi Anar Əliyev bildirib ki, dövlətimiz milli-mənəvi dəyərlərimizin qorunmasının qarantıdır. Əsrlərdən bu günümüzə qədər süzülərək gələn adət-ənənələrimizin qorunması məqsədilə həm ölkə daxilində, həm də ölkədən xaricdə iş aparılır. Dini radikalizmlə mübarizə isə dövlətimizin əsas vəzifələrindən biridir. 
Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Qarabağ Müharibəsi Veteranlari İçtimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov tədbirdə çıxış edərək bildiriblər ki, dövlətin dini sahəyə, o cümlədən dindarlara və dini icmalara diqqət və qayğısı yüksək səviyyədədir. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

ILK-10 Azeri Website Directory