Sabirabad Rayon Gənclər İdarəsi

Vətənin müdafiəsinə hazıram tədbiri keçirilmişdir.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi xidmətə çağırışı üzrə Dövlət Xidməti və Sabirabad rayon İcra Hakimiyyətinin təşkil etdiyi “Vətənin Müdafiəsinə Hazıram” adlı mövzusunda tədbir təşkil olunmuşdur.Tədbir Azərbaycan Respublikasının dövlət himnindən və Vətən uğrunda canlarından keçən şəhidlərin müqəddəs ruhları qarşısında bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan edilmişdir.Sabirabad rayon icra başçısı Nazim İsmayılov tədbir iştirakçılarını salamlamış və qonaqları yerli sakinlərə təqdim etmişdir.Nazim İsmayılov vətənpərvərlik haqda mövzulara toxunmuş və Sabirabaddan olan 3 Milli Qəhrəman Mübariz Əhmədov,Fərhad Ağayev və Aprel döyüşlərinin qəhrəmani Murad Mirzəyev haqqında danışmışdır.Daha sonra söz General-mayor Novruzəli Orucova verilmişdir.O,yerli sakinləri salamlamış və Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Cənab Prezident İlham Əliyevin ordumuza göstərdiyi qayqını və diqqəti gənclərə çatdırmışdır.Sonra General-mayor Novruzəli Orucov bu tədbirin həyata keçməsində xüsusi ilə yardımı keçmiş Sabirabad rayon İcra başçısı Nazim İsmayılova “Təşəkkür plageti” hədiyyə etmişdir. Daha sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz Əhmədovun qardaşına Şəhid Milli Qəhrəmanının xatirəsinə mükafat təqdim olunmuşdur.Sonra tədbirdə Əfqanıstan veteranlarının İctimayi Birliyinin sədri Məhəmməd Vəliyev ,Sabirabad rayon Səfərbərlik və Hərbi Xidmətə cağırış komissarı Polkovnik Rəsul Babayev çıxış etmişdir.Polkovnik Rəsul Babayev Vətən uqrunda xidmət göstərənlərə mükafat təqdim etmişdir.Sonra tədbir məktəblilərin Vətənpərvər mahniları və şeirləri ilə davam etmişdir.Sabirabad rayon Mədəniyyət sarayının nəznində olan Ədil İskəndərov adına Qarabağ Əlillərindən olan teatr truppası Vətənpərvər səhnəcik hazırlamışdırlar.Sonda Vətənin Müdafiəsinə Hazıram adlı tədbirdə qısa video klip təqdim edildikdən sonra tədbirin xüsusi qonaqı,hamının sevimlisi olan Şəmistan Əlizamanlı ifasından ən gözəl mahnılarından ifa etmiş və sakinləri öz möhtəşəm səsiylə ayaqa qaldırmışdır.Şagirdlərdən ibarət olan vətənpərvər Şahinlər komandası ilə birlikdə Sıravi Əhməd Marşını ifa etdikdən sonra tədbir yekunlaşmışdır

ILK-10 Azeri Website Directory