Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Təmiz ekologiya sağlam düşüncə layihəsi keçirilmişdir

Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi "Təmiz ekologiya,sağlam düşüncə "layihəsinin icrasına əsasən 21 yanvar 2019-cu il tarixdə Sabirabad rayon Ulacalı kənd tam orta məktəbinin həyətyanı sahəsində gənclərin iştirakı ilə ağac əkilməsi kompaniyası keçirilmişdir.Yaşıllaşdırma məqsədilə keçirilən kompaniyada Sabirabad rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev,Gənclər və İdman idarəsinin rəis muavini Vuqar Kərimov,layihə rəhbəri Nuridə Bunyatova,layihənin təlimçisi Aygün Əliyeva,məktəbin direktoru və bir qrup müəllim və şagird kollektivi iştirak etmişdir. 63 ədəd müxtəlif növ ağacların əkinindən sonra Sabirabad rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev gənclərlə söhbət apararaq yaşıllıqların qorunub saxlanılması ,ağacların sayının artırılması və əkilən ağaclara qulluq edilməsi haqqında öz tövsiyyələrini vermişdir.Daha sonra məktəbin direktoru Nail Xanməmmədov gənclərin qarşısında çıxış edərək onları ətraf mühitdə ekoloji tarazlığın qorunub saxlanılması üçün keçirilən tədbirlər sistemində yaxından iştirak etməyə və əkdikləri ağaclara vaxtlı-vaxtında qulluq etməyə çağırmışdır.Yekunda layihə rəhbəri kompaniyada iştirakına görə qonaqlara və yaradılan şəraitə görə məktəb rəhbərliyi və gənclərə öz təşəkkürünü bildirmişdir.

ILK-10 Azeri Website Directory