Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Tələbələrlə görüş keçirilib

Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev Sabirabad Dövlət İqtisad Kollecində tələbələrlə görüş keçirib. Görüşü Kollecin Direktoru Mahir Tarvediyev açaraq sözü Nadir Quliyevə verib.
N.Quliyev çıxış edərək 1 fevral 2019-cu ildə Bakı Konqres Mərkəzində keçirilən "Azərbaycan Gənclərinin Ümumrespublika Toplantısı"nda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışından irəli gələn vəzifələrdən danışıb. Sonra rayon Gənclər və İdman İdarəsinin fəaliyyəti ilə bağlı təqdimatı gənclərə təqdim edib.
Könüllülük fəaliyyətinin genişləndirilməsi məqsədilə, Sabirabad Regional ASAN xidmət mərkəzinin könüllülər üzrə əməkdaşları Lalə Musayeva, Rüfət Şahəliyev də görüşdə iştirak edib. Lalə Musayeva könüllülük xidmətindən söhbət açaraq ASAN könüllülərinin həyata keçirdikləri tədbirlərdən danışıb.
Sonra gəncləri maraqlandıran suallar cavablandırılıb və onların təklifləri dinlənilib.
Sonda Kollecin tələbələrindən Nurlan Zeynalzadə və Ramil Quliyev intellektual oyunlarda iştirak və nəaliyyətlərinə görə təltif olunublar.

ILK-10 Azeri Website Directory