Su Festivalı Sabirabad rayonunda baş tutmuşdur.
IV İslam Həmrəyliyi Oyunlarının çərçivəsində, “Xəzərdən Başlayan Səyahət” proqramının “Su Festivalı” Sabirabad rayonunda baş tutmuşdur.
13 aprel 2017-ci il tarixində 10 yaşlı Futbolçu Tahir Quliyev və onu müşayət edən Qaydasız Döyüş üzrə Dünya Çempionu Azad Əsgərov, Sərbəst Güləş üzrə Azərbaycan Çempionu Seyfulla Mehdiyev Sabirabad rayonunda yerləşən Kür və Araz çaylarının qovşağına gəldilər.
Qaydasız Döyüş üzrə Dünya Çempionu Azad Əsgərov Kür və Araz çaylarının qovşduğu məkandan suyu götürərək Sərbəst Güləş üzrə Azərbaycan Çempionu Seyfulla Mehdiyevin əlindəki misdən hazırlanmış səhəngə doldurdu. Sonra Seyfulla Mehdiyev Su Səhəngini futbolçu Tahir Quliyevə təqdim etdi.
Tahir Quliyev Kür və Araz çaylarından götürülmüş suyu may ayının 12 də Bakı Şəhəri Olimpiya Stadionunda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə aparacaq.
Fotolar Gülağa Hüseynlinindir
Press-Reslizlər
Foto Qalereya
Video Qalereya
Nə Dedilər? (Hədəfimiz QARABAĞ)

Nə Dedilər? (IV İslam Həmrəylik Oyunlarının XƏZƏRDƏN BAŞLAYAN SƏYAHƏT)

Nə Dedilər? (Azərbaycan)

Nə Dedilər? (Avroviziya mahni müsabiqəsi 2012 Bakı)

Nə Dedilər? (Baki 2015)

Nə Dedilər? (Prezidentin görüşü)

Nə Dedilər? (Gənclik)

Nə Dedilər? (Azərbaycan Respublikasının Dövlət Himni)