Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Sabirabad rayon Gənclər və İdman İdarəsinin və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirildi.

Tədbirdə müharibə əlilləri, Sabirabad rayon İcra Hakimiyyətinin nümayəndələri,hərbi hissənin əsgər və zabit heyəti iştirak ediblər.
Çıxış edənlər Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyəti təbrik edib, respublikamızın ərazi bütövlüyü uğrunda göstərdikləri şərəfli xidmətdə onlara uğurlar arzulayıblar. Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün ordumuz regionun ən qüdrətli ordusuna çevrilib. Güclü, sarsılmaz və yüksək mənəvi-psixoloji hazırlığa malik ordumuzun torpaqlarımızı işğaldan azad etməyə qadir olduğuna və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyinə əminlik ifadə olunub.
Bir qrub hərbi xidmətdə fərqlənən zabit və əsgər rayon gənclər və idman idarəsinin diplomları ilə təltif olunublar. Rayon Gənclər və İdman İdarəsi tərəfindən əsgərlərə bayram sovqatı və idman ləvazimatları hədiyyə olunub.
Sabirabad rayon A.İsgəndərov adına Xalq Teatrının rejissoru Seyidməmməd Əliyevin aparıcılığı ilə vətənimizi tərənnüm edən şerlər,vətənpərvərlik mövzusunda kompozisiyalardan nümunələr təqdim olundu. Sabirabad rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəhər Yaradıcılıq klubunun “Kür Araz”instumental ansamblının müşayiətilə tanınmış ifaçıların ifasında təqdim edilən konsert proqramı ilə davam edib.

ILK-10 Azeri Website Directory