Sabirabad Rayon Gənclər İdarəsi

Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək" devizi altında Sabirabadda mədəni kütləvi aksiya keçirilmişdir. Aksiyada ilk öncə çıxış edən Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırdı. Sonra Sabirabad rayon İcra Hakimiyyəti Başçısının I müavini Həsən Həsənov çıxış edərək Sabirabad rayonunda bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsindən danışdı. 
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin  məsul əməkdaşı Fərid Qurbanzadə çıxış edərək nazirliyin bu kimi sil-silə tədbirlərindən danışaraq  Sabirabad rayonundada "Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək !" devizi altında mədəni kütləvi aksiya tək Sabirabdda yox, respublikamızın əksər bölgələrindədə keçiriləcək.
Sonra bir qrup gənc müğənnilərin iştirakı ilə tədbir konsert proqramı ilə davam etdi. Sonda bir qrup gənc gənclərin sağlam həyat tərzinin təbliğindəki fəaliyyətinə görə Sabirabad rayon Gənclər və İdman İdarəsinin Diplomları ilə təltif olundular.
 

ILK-10 Azeri Website Directory