Sabirabad Rayon Gənclər İdarəsi

Sabirabdda gənclər Xocalı Faciəsinin anım tədbiri keçirib.

Sabirabad rayon Gənclər və İdman İdarəsi, Sabirabad rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon Gənclər Mərkəzində Xocalı Faciəsinin anım mərasimi keçirib. Anım mərasimini açan rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev Xocalı Faciəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükütla yad edilməsini mərasim iştirakçılarının xahiş edi. Sonra N.Quliyev Xocalı Faciəsi haqqında geniş nitq söylədi.
Mərasimdə iştirak edən Sabirabad rayon İcra Hakimiyyətini Başçısının I Müavini Həsən Həsənov çıxış edərək Xocalıda baş verən hadisələrdən danışdı.Rayon Gənclər və İdman idarəsi tərəfindən çap olunan "Xocalı Həqiqətləri" kitab-broşuraları gənclərə paylandı. Sonda Sabirabad rayon Gənclər Mərkəzinin könüllüsü Əli Mehdizadənin hazırladığı "Xocalı Harayı" filmi mərasimdə nümayiş etdirildi.
 

ILK-10 Azeri Website Directory