Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Sabirabadlı gənclər intelektual yarışmada ölkə kubokuna sahib oldular

Azərbaycan Respublikasının Gənclər Fondunun 2 fevral Gənclər Günü münasibəti ilə həyata keçirdiyi İntellektual Klubların Gənclər Kuboku adlı intellektual yarışması keçirilib. Bakı Konqres Mərkəzində baş tutan yarışma iki gün davam edib. İki gün davam edən yarışmada ölkənin 68 komandası olmaqla 408 gənc iştirak edib. Komandalar arasında Sabirabadlı gənclər birinci yeri tutaraq ölkə kubokuna sahib olublar.
Bu münasibətlə komandanın kapitanı Ruslan Mirzaliyevi, Əlirza Əhmədovu, Eyvaz Usubovu, Akşın İbişovu, Taleh Muradovu, Seyidhəşim Həşimlini təbrik edirik.

ILK-10 Azeri Website Directory