Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Sabirabadda Əyləncəli Futbol Festivalı keçirilib

Sabirabad Olimpiya İdman Kompleksində əyləncəli futbol fetstivalı keçirilib. Festivalda Sabirabadı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, AFFA-nın I vitse-prezidenti, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Millət Məclisin deputatı cənab Rauf Əliyev, Millət vəkili İlham Əliyev, Millət Vəkili Elçin Quliyev futbola marağı olan uşaqlar iştirak etdilər.
Festivalda giriş sözü ilə çıxış edən MƏRKƏZ regional Futbol Federasiyası İçtimai Birliyinin prezidenti Nadir Quliyev ölkəmizdə idmana və dövlət gənclər siyasətinə göstərilən diqqət və qayğıdan danışdı. Azərbaycanın idmanda əldə etdiyi uğurlardan bəhs etdi. 
AFFA-nın vitse-prezidenti, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Millət Məclisin deputatı Rauf Əliyev çıxışında bildirdi ki, belə görüşlərin təşkili ondan ibarətdir ki, istedadlı uşaqlar aşkar edilsin və onları gələcəkdə milli komandamıza namizədlər hazırlayaq. Ən sevimli idman növü olan futbolu uşaqlarımız sevir. Azərbaycanda həm Sovet dövründə, həm də müstəqillik əldə olunandan sonra da futbolun böyük adət-ənənələri olub. Ölkəmizdə futbolun inkişafı üçün hər cür şərait yaradılır.
Sonra Milli Məclisin deputatı İlham Əliyev, Millət Vəkili Elçin Quliyev çıxışlarında qeyd etdilər ki, bu uşaqlarında arasında dünyada məşhur olan futbolçular olsun. Dövlətimizin, ölkə rəhbərinin idmanımızın inkişafına, gənclərə olan diqqət və qayğısından söz açaraq bildirdilər ki, bu festival da məhz belə diqqət və qayğının bir nümunəsidir. Gələcəyimiz, ümid yerimiz sizsiniz. Sizin sıralarınızda da istedadlı uşaqlar var. Əminik ki, tək futbolda yox, idmanının müxtəlif növlərində fərqlənənləriniz olacaq. 
Sonda çıxış edən Sabirabad rayon İcra Hakimiyyətinin Başçısı Nazim İsmayılov qonaqları salmladı və belə bir festivalın Sabirabdda təşkil etdiyinə görə AFFA rəhbərliyinə və Millət Vəkillərinə təşəkkürünü bildirdi.
Rəsmi hissənin sonunda məktəbli şagirdlərə futbol geyimləri və toplar hədiyyə edildi.
Uşaqlar öz istedadlarını komanda şəklində oyunlarda və penaltı vuruşlarında nümayiş etdirdilər.

Sonda şagirdlərlə xatirə şəkilləri çəkdirildi.

ILK-10 Azeri Website Directory