Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Sabirabadda gənclər üçün Yay Festivalı keçirilib

Avqustun 24-də ASAN Könüllüləri Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə növbəti ASAN Yay Festivalı keçirilib. Sabirabad şəhəri Heydər Əliyev adına Parkda baş tutan festivala həm yerli, həm də digər rayon və şəhərlərdən gələn gənclər qoşulub. Konsertdə Ramil Nabran və Murad Arif geniş proqramla çıxış edib. Daha sonra isə DJ Spider gecəni davam etdirərək gənclərin əyləncəsini təşkil edib. Festivalda Bir əldə iki qarpız tut yarışı keçirilib və yarışın qalibi Zeynallı Yusif Sədulla oğlu olub. 
ASAN Yay Festivalına “ASAN xidmət”in Rəqəmsal Könüllüləri və İmişli ASAN Həyat Kompleksinin də könüllüləri qatılıb.ASAN Yay Festivalı daha öncə Masallı, Mingəçevir ASAN Həyat komplekslərində və Gəncə ASAN xidmət mərkəzində keçirilib. Növbəti görüş yeri İmişli olub.

ILK-10 Azeri Website Directory