Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Sabirabadda Uğurlu Gənclər Siyasətinin Bariz nümunələriyik adlı konfrans keçirilib

24 dekabr 2018-ci il tarixində Sabirabad rayon Gənclər Mərkəzində Sabirabad regional “ASAN xidmət” mərkəzinin təşəbbüsü və Sabirabad rayon Gənclər və İdman İdarəsinin dəstəyilə təşkil edilən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr olunmuş “Uğurlu Gənclər Siyasətinin bariz nümunələriyik” mövzusunda konfrans keçirilmişdir. Konfransı Sabirabad regional “ASAN xidmət” mərkəzinin könüllüsü Ağazadə Röyalə Azərbacan Respublikasının Dövlət Himni ilə açıq elan etmişdir. Konfransda Prezident İlham Əliyevin gənclər siyasətinə göstərdiyi dəstək və gənclər üçün yaradılmış imkanlardan bəhs olunmuşdur. Tədbirdə Sabirabad şəhərinin aktiv gəncləri və ASAN könüllüəri Amil  Alışov, Toğrul Kərimli və Aytac Süleymanova öz uğur hekayələrini tədbir iştirakçılkarı ilə bölüşmüş və bu uğurların əldə olunmasında ölkə başçısının gənclərə olan dəstəyini xüsusilə vurğulamışlar. Daha sonra isə Sabirabad rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Həsən Həsənov çıxış edərək gənclərin vətənpərvərlik, regionun ictimai-siyasi, mədəni həyatında aktivliyini vurğulamış və onlar üçün yaradılmış şəraitdən bəhs etmişdir. Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev tədbir iştirakçılarına Prezident İlham Əliyevin Sabirabad rayonunda gənclərin inkişafı üçün yaratdığı imkanlardan danışmış və bu imkanlardan yararlanan gənclərin nailiyyətlərindən bəhs etmişdir. Sonda isə Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi gənclərə öz tövsiyəsində hər bir sahədə ölkə başçısının yaratdığı bütün imkanlardan səmərəli istifadə etməyi vurğulamışdır.

 

ILK-10 Azeri Website Directory