Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Sabirabadda Məktəblilərinin Respublika Çempionatının rayon mərhələsinə start verilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq Sabirabad Rayon Təhsil Şöbəsinin və Sabirabad Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 4 noyabr 2018-ci il tarixdə Sabirabad rayonu M.Müşviq adına 4 saylı şəhər tam orta məktəbinin idman bazasında atletika idman növü üzrə rayon mərhələsi keçirilib. Tədbiri giriş sözü ilə açan rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev Məktəblilərin Respublika Çempionatı haqqında danışaraq yarış iştirakçılarına uğurlar arzuladı. Sonra atetika üzrə rayon mərhələsinə start verildi.
Rayon mərhələsində komanda şəklində I yerə 
M.Müşviq adına 4 saylı şəhər tam orta məktəbi, II yerə M.Ə.Sabir adına 1 saylı şəhər tam orta məktəbi, III yerə isə Axtaçı-Muğan kənd tam orta məktəbi layiq görülmüşdür. 

ILK-10 Azeri Website Directory