Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Sabirabadda İradənlə Qalib gəl şüarı altında kütləvi idman tədbiri keçirilib

9 noyabr - Bayraq günü münasibəti ilə 1-9 noyabr tarixlərində ölkə gənclərinin “İradənlə qalib gəl!” şüarı altında müxtəlif səpgili çoxsaylı aksiyaları keçiriləcəkdir.
Bu sırada 1-2 noyabr tarixlərində Gənclər və İdman Nazirliyinin tabeliyində olan 34 Olimpiya İdman Komplekslərində açıq qapı günləri tədbirləri təşkil olunacaq. Bu aksiyanın məqsədi gəncləri idmana cəlb etmək, hər kəs üçün OİK-ləri əlçatan etmək, buradakı idman meydançaları, avadanlıqlar və imkanlardan geniş gənclər kütləsini tanış etməkdir, onları sağlam həyat naminə sadə idman oyunları və hərəkətlərini etməyə alışdırmaqdır.
Yeni nəsil öz sağlamlığına daha böyük diqqət göstərir. Onlar asudə vaxtlarını bədən tərbiyəsi, fitnes, yoqa, rəqslərin öyrənilməsinə sərf etməkdə maraqlıdır. Gənclər fiziki sağlamlığı “məsuliyyətli vətəndaşlıq – uğurlu dövlət” birliyinin vacib hissəsi kimi dəyərləndirir.
Sabirabad rayon gəncləri də bu aksiyada iştiraka dəvəti rayon gənclər və idman idarələri, sosial şəbəkələr, könüllülər vasitəsi ilə əldə edib.
01 noyabr 2019-cu ildə Sabirabad Olimpiya İdman Kompleksində həyata keçirilən aksiya çərçivəsində futbol, güləşin müxtəlif növləri, boks, cüdo, karate, basketbol və s. yarışlar və əyləncəli idman oyunları təşkil edilib.
Bu yarışlar OİK-də işləyən məşqçilər tərəfindən idarə olunub. Eyni zamanda rayonun idman ustaları müxtəlif idman növləri üzrə, ustad dərsləri, nümunəvi çıxışlar, yarışlar keçirilib.

ILK-10 Azeri Website Directory