Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Sabirabadda Azərbaycan Naminə adlı flaşmob keçirilib

Sabirabadda “Azərbaycan Naminə” adı altında flaşmob keçirilib. Sabirabad rayon gənclər və idman idarəsi "18 oktyabr Dövlət Müstəqilliyi Günü" münasibətilə Sabirabad rayonunun mərkəzi meydanında, Ümummilli Lider Heydər Əliyevin abidəsi önündə "Azərbaycan Naminə" adlı flaşmob keçirib. Flaşmobda 600 dən çox gənc qatılıb. Müxtəlif vətənpərvər mövzuda müsiqilərlə rəqs edən gənclər öz çıxışlarında ölkəmizə, xalqımıza olan məhəbbətlərini nümayiş etdirib. Əməkdar Artist Tünazlə Ağayevanın ifasında “Biz Gəlirik” müsiqi sədaları altında, uzunluğu 40 metr olan Azərbaycan Bayrağı Meydana gətirilib. Bayrağın fonunda gənclər “Azərbaycan Naminə” sözünü yazıb.Sonda gənclər ucadan Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriblər. Flaşmobun hazırlanmasında iştirak edən yaradıcı heyyət 14 nəfər olub. Rəqslərin qurluşu Sabirabad Sosial İqtisadi Kollecinin əməkdaşı Jalı Sadıqova olub. Şəhər əhalisinin əsas gur olan rayonun mərkəzi meydanında toplaşan insanlar gəncləri maraqla izləyiblər.

ILK-10 Azeri Website Directory