Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Sabirabadda 1 iyun uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onlayn-festival keçirilib

Uşaqların Beynəlxalq Müdafiəsi Günü - 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb.Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.

Sabirabad RİHB-nin Humanitar məsələlər üzrə müavini Ceyran xanım Xəlilova və rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev "1 iyun Uşaqların Beylxalq Müdafiəsi günü"nə həsr olunmuş onlayn uşaq festivalının bir qrup iştirakçılarını qəbul edib. Festival iştirakçıları Sabirabad rayon İcra Hakimiyyətinin və rayon gənclər və idman idarəsinin birgə hazırladıqları diplomları uşaqlara təqdim ediblər.

ILK-10 Azeri Website Directory