Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Sabirabad rayonunda gənclərlə görüş keçirilib

Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov martın 15-də Sabirabad rayonunda yaşayan fəal gənclər ilə görüşdə iştirak ediblər. Görüşdə ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, Sabirabad rayonun ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açılıb. Bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd rayon gənclərinin porblemlərini və təkliflərini dinləmək, gənclərə fəaliyyətlərinə yardımcı olmaqdır. Müzakirə formatında davam edən görüşdə gənclərin təklifləri dinlənilib. Rayon gəncləri onları düşündürən məsələlərlə bağlı suallar ünvanlayıb, bəzi təkliflərlə çıxış ediblər. Yaxın gələcəkdə Sabirabad Gənclər Mərkəzinin fəaliyyəti çərçivəsində görüləcək işlər və həyata keçiriləcək tədbirlər barədə razılıq əldə olunub. Eyni zamanda, Sabirabad rayonunda Gənclər Mərkəzinin fəaliyyətində aktivliyin artırılması, bu istiqamətdə işlərin gücləndirilməsi nəzərdə tutulub.
Görüşün sonunda qonaqlar Sabirabad Heydər Əliyev Mərkəzi və Sabirabad Gənclər Mərkəzi ilə tanış olublar.

ILK-10 Azeri Website Directory