Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Sabirabad rayon gənclər və idman idarəsi onlayn fəaliyyətə başlayıb

Dünyada baş verən pandemiya ilə əlaqədar ölkəmizdə də izolyasiya-karantin rejimi davam edir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən digər dövlət orqanları kimi rayon gənclər və idman idarəsi bir ay müddətinə növbədənkənar məzuniyyətə buraxılıb. İdarə bütün əməkdaşlarının məzuniyyətə buraxsada, idarənin fəaliyyətini onlayn olaraq sosial şəbəkələr vasitəsilə həyata keçirməyi planlaşdırıb. İdarə onlayn olaraq aprel ayında feysbuk səhifəsində altı layihə həyata keçiricək. Bu layihələr gənclərin "evdə qal" şuarı altında onların məşğuliyyətini təmin etmək, maraqlarına uyğun onlayn tədbirlərin keçirilməsinə xidmət edəcək.Burada intelektual sual-cavab, maraqlı məlumatlar, idman hərəkətləri, maraqlı film nümayişi, maraqlı kitabların PDF formatında təqdimatı həyata keçiriləcəkdir. 
Qeyd olunan tədbirlərdə onlayn iştirak üçün feysbuk üzərindən Sabirabad rayon Gənclər və İdman İdarəsinin səhifəsinə abuna olmaq lazımdır.
 

ILK-10 Azeri Website Directory