Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi təltif olunub

Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev gənclərin hərbi vətənpərvərlik sahəsində apardığı təbliğat işinə və bu sahədə Azərbaycan Vətən Müharibəsi Veteranları İçtimai Biriliyi (AVMVİB) ilə yaxından əməkdaşlığa görə, bu təşkilatın İdarə Heyyətinin qərarı ilə "Milli Ordu-100" xatirə medalı ilə təltif və təşkilatın fəxri üzvü qəbul olunub. Bu münasibətlə  AVMVİB-nin rayon şurasının sədri Faiq Hüseynov xatirə medalını və fəxri üzvlük vəsiqəsini Nadir Quliyevə təqdim edib.
Nadir Quliyev bu təqdimata görə Azərbaycan Vətən Müharibəsi Veteranları İçtimai Biriliyi (AVMVİB) İdarə Heyyətinə və rayon Şurasına dərin minnətədrlığını bildirib və bundan sonrada bütün bacarığı ilə xalqına, dövlətinə dahada yüksək xidmət göstərəcəyini qeyd edib.

ILK-10 Azeri Website Directory