Sabirabad Rayon Gənclər İdarəsi

Sabirabad idmançıları Milli Qurtuluş Gününü qeyd etmişlər.

Sabirabad idmançıları “Milli Qurtuluş Günü”nü qeyd etmişlər. Sabirabad rayon Gənclər və İdman İdarəsinin dəstəyi və “Fərid” İdman Klubunun təşkilatçılığı ilə 15 İyun “Milli Qurtuluş Günü”nə həsr olunmuş mini-futbol üzrə rayon birinciliyinə yekun vurulmuşdur. Yekun tədbirdə Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev tədbiri açıq elan etmiş və yaraış iştirakçılarını salamlamışdır. Sonra söz Sabirabad rayon İcra Hakimiyyətinin Başçısının I müavini Həsən Həsənova verilmişdir. H.Həsənov bayram münasibətilə idmançıları təbrik etmiş və onlara bol bol qələbə arzulamışdır. Çıxış edənlərdən veteren idmançı, Bədən Tərbiyəsi və Fəxri İdman işçisi Şali Həsənov, “Fərid” İdman Klubunun rəhbəri Rəmiş Pirişov çıxış edərək idmançıları təbrik etmişlər. Sonda qaliblər və idmanın başqa sahələrində fəqrlənən idmançılar rayon gənclər və idman idarəsinin diplom və medalları ilə təltif olunmuşlar.

ILK-10 Azeri Website Directory