Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Sabirabad Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə videobağlantı formatında onlayn-konfrans keçirilib

Sabiradadda onlayn konfrans keçirildi Sabirabad rayon İcra Hakimiyyətinin dəstəyi, Sabirabad rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə videobağlantı formatında onlayn-konfrans keçirilib. Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad rayon İcra Hakimiyyəti Başçısnın müavini, İçtimai-siyasi, humanitar şöbəsinin müdiri Ceyran Xəlilova, Millət Vəkili Ramin Məmmədov, rayon Ağsaqqalar Şurasının sədri Böyügağa Həmidov, təqaüdçü-təhsil işçisi Kimya İsmayılova, YAP Sabirabad rayon Təşkilatının sədri Məleykə Ağayeva, AMEA-nın doktorantı, Bakı Dövlət Universitetinin müəllimi Bəyimxanım Hüseynova, Sabirabad rayonu gənclərin inkişaf və kariyera mərkəzinin direktoru Rəşad Qurbanov konfransda çıxışları zamanı ulu öndər Heydər Əliyevin keçdiyi böyük, şərəfli, zəngin və mənalı ömür yolundan, ictimai və siyasi fəaliyyətindən danışıblar. Bildirilib ki, ən çətin vaxtlarda xalqının yanında olan, xilaskarlıq missiyasını uğurla yerinə yetirən və müasir müstəqil Azərbaycanın qurucusuna çevrilən ulu öndərin əvəzsiz irsi Azərbaycan xalqının milli sərvətinə çevirilib.

ILK-10 Azeri Website Directory