Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Sabirabad Gənclər Mərkəzində uşaqlar üşün Yeni İl şənliyi keçirilib

Sabirabad rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sabirabad Gənclər Mərkəzində az təminatlı və digər kateqoriyalı ailələrin uşaqları üçün Yeni İl və Dünya Azərbaycanlılarının Hərəylik gününə həsr olunmuş şənliy keçirilib. Şənlikdə rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib və onlara ən xoş arzularını bildirib.
Sabirabad rayon İcra Hakimiyyəti Başçısının müavini Həsən Həsənov çıxış edərək rayon rəhbərliyi adından uşaqları salamlayıb və dövlətimizin uşaqlara daim qayğısından söhbət açıb. H.Həsənov uşaqları bayramlar münasibətilə təbrik edib.
Sonra bəzədilmiş şam ağacı ətrafında uşaqlar, mahnılar ouxyub rəqslər oynayıblar. Şən kloun, nağıl qəhramanları, Şaxta Baba vəQar Qız uşaqların şənliyinə xüsusi rəng qatib. Sonda uşaqlar həmrəylik göstərərək, şam ağacının ətarfında yallı oynayıblar.
 
 

ILK-10 Azeri Website Directory