Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Sabirabad Gəənclər Mərkəzində Sosial Media ilə bağlı təlim keçirilib

Sabirabad rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə "SosialMedia "Seminarı Gənclər Mərkəzində baş tutub.
Seminarda əsasən gənclər iştirak edib. Gənclərin böyük marağına səsbəb olan Sosial Media Seminarını Rəqəmsal Marketoloq, Kreativ Marketinq Mütəxəsisi və Biznes Təlimçi, Google və Facebook Şirkətlərinin rəsmi reklam partnyoru, Beynəlxalq Əmək Təşkilatının (ILO) və Sosial Müdafiə Nazirliyinin beynəlxalq sertifikatlı Biznes Təlimçisi, “Enternet Company” İnternet Reklam Agentliyinin təsisçisi, Regionda ilk “Sabirabad Layf Jurnalı” və “Sabirabad Bookstore” Onlayn Kitab Mağazasının təsisçisi Ramid Ağayev idarə edib.
Seminarda Marketinq və Rəqəmsal Marketinq nədir? Sosial Media Marketinq nədir? Sosial medianın üstünlükləri nədir? Sosial mediadan uğurlu yararlanmağın yolları hansılardır? Sosial Media və Beynimiz, Sosial Media və Biznes imkanları, Sosial Media Marketinq Menecer və Sosial Media Menecerin fərqi nədir?,Kimlər Sosial Media Marketinq sahəsində uğurlu ola bilərlər?, Sosial Media gələcək üçün nələr vəd edir? kimi suallara cavab verilib. “Sabirabad Booksore“ Sabirabad Onlayn Kitab Mağazasının sponsorluğu ilə Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş “Şərqin İlk Demokratik Cümhuriyyəti” İntellektual Müsabiqə keçirilib. Müsabiqənin qalibləri mukafatlandırılıb. Sonda təşkilatı dəstəyinə görə rayon Gənclər və idman İdarəsinin rəisi Nadir Quliyev təşəkkürnamə ilə təltif olunub.

ILK-10 Azeri Website Directory