Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Sabirabad Gənclər Mərkəzində Nə, Harda, Nə zaman oyunu keçirilib

Sabirabad Gənclər Mərkəzində bir qrup fəal Sabirabadlı gəncin təklifi, rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə məktəblilər üçün NƏ, HARDA, NƏ ZAMAN intelektual oyunu keçirilib. Oyunun açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə baş məsləhətçisi Murad Həsənli iştirakçıları salamlamış və oyunun təşəbbüskarı Azərbaycan Pedaqoji Universitetin tələbəsi Murad Rizavanovu təqdim etmişdir. Murad Rizvanovun idarəçiliyi ilə baş tutan yarışma maraqlı və gərgin keçmişdir. Yarışmanın qalibləri I yeri M.Ə.Sabir adına 1 saylı şəhər orta məktəbinin komandası, II yeri H.Z.Tağıyev adına 6 saylı şəhər orta məktəbi, III yeri M.Ə.Sabir adına 1 saylı şəhər orta məktəbinin digər komandası olmuşdur.

ILK-10 Azeri Website Directory