Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Sabirabad Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi,

Sabirabad Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, "Azərbaycan İdman Könüllüləri" ictimai birliyinin və “Azərbaycan Məktəb İdmanları Federasiyasını” təşkilatçılığı ilə "Sağlam Həyat- Sağlam Gənc" layihəsi keçirilmişdir.Görüş Sabirabad rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyevin çıxışı ilə başlamışdır. O öz çıxışında Sabirabad rayonunda həyata keçirilən idman tədbirlərində gənclərin aktiv fəaliyyəti və iştirakçılığını vurğulamış, eyni zamanda gələcəkdə keçiriləcək idman layihələrində gənclərin cəlb olunmasının önəmliliyini qeyd etmişdir.Daha sonra gənclərə “Sağlam Həyat- Sağlam Gənc” başlığı altında sağlam həyat tərzinin əsas şərtləri, sağlam olmağın qızıl qaydaları, idman və sağlamlıq arasındakı əlaqə, sağlam düşüncə barəsində seminar keçirilmişdir.
Kofebreyk fasiləsindən sonra gənclərlə qrup işi aparılmış, gənclər Sabirabad rayonunda idman sahəsinin inkişafı, insanların düşüncələrini sağlamlaşdırmaq və idman sahəsində gender bərabərliyinin təbliği barəsində layihələr hazırlamışlar. Qalib olan Mikayıl Müşfiq adına tam orta məktəbin komandası mükafatlandırılmış, bütün iştirakçılar sertifikatlarla təltif olunmuşdur.

ILK-10 Azeri Website Directory