Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Sabirabad Gənclər Evi ölkənin üçüncüsü oldu

Sabirabad Gənclər Mərkəzinin könüllüləri Gənclər və İdman Nazirliyinin və "MZ Production"nın birgə təşkilatçılığı ilə “İnsan hüquqlarına dair gənclərin iştirakı ilə qısametrajlı videoçarxlar müsabiqəsi” layihəsində iştirak ediblər. Sabirabadlı gənc Kənan Səmədovun senarisi əsasında Vidadi Hüseynovun rejisorluğu ilə çəkilən "Qızınızı Erkən nigaha yox, təhsilə etibar edin" adlı video çarx münsiflərə təqdim edilib. Respublika üzrə gənclər evləri arasında çəkilən ən yaxşı üç vedeo çarx münsiflər tərəfindən müəyən edilib. 1 ci yer Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, 2 yer Suraxanı Gənclər Evi, 3 cü yer isə Sabirabad Gənclər Evi layiq görülüb. Kənan Səmədov və Vidadi Hüseynov Gənclər və İdman Nazirliyinin diplomu və pul mukafatına layiq görülüblər.

Fotolar Dilavər Nəcəfovundur.

ILK-10 Azeri Website Directory