Sabirabad Rayon Gənclər və İdman İdarəsi

ŞAHİN hərbi idman oyunlarının rayon turu keçirilib

15 mart 2019-cu il tarixdə Sabirabad rayon Olimpiya İdman Kompleksində “Şahin” hərbi-idman oyununun rayon turu üzrə yarış keçirilmişdir. Hərbi-idman oyununda Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüqar Kərimov, Sabirabad rayon Təhsil şöbəsinin metodisti Əlisahib Nəsirov, və yarışın rayon turuna vəsiqə qazanan 26 məktəbi və hərbi müəllimlər iştirak etmişdir.
“Şahin” hərbi idman oyununun əsasnaməsinə uyğun olaraq sıra hazırlığı, fiziki hazırlıq və mülkü müdafiə mərhələləri üzrə bacarıqları yoxlanılmış,münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. 
Yekunda
1-ci yerə M.Müşviq adına 4 saylı tam orta məktəbin komandası, 
2-ci yerə 1 saylı orta məktəbin komandası,
3-cü yerə Qalaqayın kənd orta məktəbin komandası layiq görülmüşdür. 
Qalib gələn və fəal iştirak edən komandalar Sabirabad rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif olunmuşdur.

ILK-10 Azeri Website Directory