Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Sərbəst güləşçilərimizin uğurları davam edir

Şamaxı Olimpiya İdman Komleksində Azərbaycan Demokratik Respubliksının yaradılmasının 100 illiyinə həsr olunmuş yeniyetmələrin sərbəst güləş üzrə respublika turniri keçirilb. Turnirdə Sabirabad glüəşçiləri iştirak edib. Güləşçilərimizdən 32 kq çəki dərəcəsində Ülvü Həmidli I yeri, 26 kq çəki dərəcəsi üzrə Əfqan Hümmətov və 38 kq çəki dərəcəsi üzrə Aslan Ağayev II yeri, 29 kq çəki dərəcəsi üzrə isə Fəqan Məmmədli III yeri tutmuşlar. Qaliblər diplom və medalla təltif olunub. Yarış haqqında saytımıza məlumat verən komandanın baş məşqçisi Sənan Quliyev gələcəkdə daha yükəsk naliyyətlər qazanacaqlarına əmindir.
Qalibləri təbrik edir və onlara gələcək yarışlarda qələbə arzulayırıq.

ILK-10 Azeri Website Directory