Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Şəkidə vətənpərvərlik mövzusunda onlayn tədbir keçirilib

18 sentyabr 2020-ci il tarixdə Şəki şəhər Gənclər və İdman İdarəsi tərəfindən “Azərbaycan gəncliyi Dövlət proqramı”nın 5.1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə “Vətən mənə oğul desə nə dərdim?” adlı onlayn konfrans keçirilmişdir.Konfransı giriş sözü ilə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov açaraq iştirakçıları salamladı və qeyd etdi ki, biz hal – hazırda müharibə şəraitində olan ölkənin gəncləri olaraq qəlbimizdə vətən sevgisi hər şeydən üstün olmalıdır.Möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər daim çalışır ki,Qarabağ problemi sülh yolu ilə həll olunsun.Ancaq müharibə labüd olarsa bizim hər birimiz vətən üçün canlmlzdan keçməyə hazır olmayıq.Bizim bugün ki tədbirmizdə məhz bu məqsədlə təşkil olunub.Sonra çıxış üçün söz Şəki şəhər Təhsil Şöbəsinin metodisti Abdurahman Məmmədov gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədi ilə Şəki şəhər Təhsil şöbəsinin Şəki şəhər Gənclər və İdman İdarəsi ilə birgə həyata keçirdiyi tədbirlərdən danışdı.Şəki şəhər 11 nömrəli tam orta məktəbin tarix müəllimi Zaur Müslümov qeyd etdi ki,müharibə şəraitində olan ölkənin hər bir vətəndaşı istər xaricdə istər ölkədə yaşamasından asılı olmayaraq öz vətəninin tarixini ,adət və ənənələrini yaxşı bilməlidir ki, hər hansı bir beynəlxalq konfransda, sosial şəbəkələrdə öz ölkəsini digər xalqlar qarşısında savadlı şəkildə təmsil edə bilsin.Şəki şəhər İcra Hakimiyyəti aparatının məsul işçisi Anar Məmmədov vətən sevgisi gənclərimizə hələ kiçik yaşlarından,məktəbəqədər tərbiyə müəssisilərindən ,orta məktəblərdən aşılanmalı olduğunu qeyd etdi. Sonda idarə rəisi Daşqın Mikayılov hər bir iştirakçıya öz təşəkkürünü bildirdi və bu mövzuda tədbirlər müntəzəm keçiriləcəyini vurğuladı.

ILK-10 Azeri Website Directory