Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Şəkidə Narkomaniyasız gənclik adlı onlayn tədbir keçirilib

11 sentyabr 2020-ci il tarixdə Şəki şəhər Gənclər və İdman İdarəsi tərəfindən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.2.1 maddəsininin icrasını təmin etmək məqsədi ilə “Narkomaniyasız gənclik” adlı onlayn konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov açaraq narkomaniyanın bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemlərindən biri olduğunu, ölkəmizdə bu bəlaya qarşı mübarizənin dövlət siyasəti səviyyəsinə qaldırıldığı və xalqımızın sosial problemlərini, əhalinin sağlamlığını, xüsusən gənclərin sağlam mühitdə böyümələrini ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində saxladığını qeyd etdi. Şəki şəhər İcra Hakimiyyətinin məsul işçisi Ziyad Əliəkbərli ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərmanını, 1999-cu il 29 iyul tarixli “Narkotik vasitələrin və prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbulunu, bu fərman və qanunun icrası üçün Dövlət Komissiyasının yaradılmasını xatırladaraq, ölkəmizdə bu bəlaya qarşı ciddi və ardıcıl mübarizə aparıldığını bildirdi. Çıxış edən məşqçi-müəllim Tural Salamov gəncləri zərərli vərdişlərdən uzaq durub idmanla məşğul olaraq sağlam həyat tərzi keçirməyə çağırdı. Konfransda narkomaniyaya qarşı mübarizə sahəsində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə keçirilən tədbirlərdən, aparılan təbliğat işlərindən danışıldı.

ILK-10 Azeri Website Directory