Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Şəkidə Mini Futbol üzrə Könüllülər Kuboku keçirilib

09-11 sentyabr 2020-ci il tarixlərdə Şəki şəhər stadionunda Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin dəstəyi, Şəki şəhər gənclər və idman idarəsinin təşkilatçılığı ilə "Könüllülər Kuboku" yarışının mini futbol üzrə oyunları keçirilmişdir. Yarışda 6 komanda olmaqla 45 nəfər könüllü iştirak etmişdir. Maraqlı mübarizə şəraitində keçən yarışda I yeri Şəki Şəhər Gənclər və İdman İdarəsinin könüllülərindən ibarət "Gənclik" komandası, II yeri Şəki Regional Mədəniyyət İdarəsinin könüllülərindən ibarət "Qala" komandası, III yeri isə Şəki şəhər Təhsil Şöbəsinin könüllülərindən ibarət "Qafqaz" komandası qazanmışdır. Qaliblərə Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin və Şəki şəhər Gənclər və İdman İdarəsinin birgə imzaladıqları diplomlar və kubok təqdim olunmuşdur.

ILK-10 Azeri Website Directory