Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Şəkidə Könüllülər arasında atletika yarışı keçirilib

28-29 avqust 2020-ci il tarixlərdə Şəki şəhər stadionunda Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin dəstəyi, Şəki şəhər gənclər və idman idarəsinin təşkilatçılığı ilə "Könüllülər Kuboku" yarışının atletika üzrə oyunları keçirilmişdir. Yarışda 7 komanda olmaqla 20 nəfər könüllü iştirak etmişdir. Maraqlı mübarizə şəraitində keçən yarışda 300 m məsafəyə qaçışda şəxsi yarışda qızlar arasında I yeri Fidan Cəfərova, II yeri Nahidə Məmmədova, III yeri Pərişan Abdullayeva, 400 m məsafəyə qaçışda şəxsi yarışda oğlanlar arasında I yeri Mətin Məmmədov, II yeri Orxan Əsədov, III yeri Ruslan İbrahimov qazanmışdır. 200 m və 400 m məsafəyə estafetdə keçirilən komanda yarışında I yeri "Qafqaz" komandası (Seyidov Həbibulla, Məmmədov Mətin), II yeri "ASAN - 1" komandası (Mustafayev Rəşad, İbrahimov Ruslan), III yeri "ASAN - 2" komandası (Kərimov Elşən, Məmmədov İbrahim), qızlar arasında keçirilən 100 m və 300 m məsafəyə estafetdə I yeri "Real" komandası (Fidan Cəfərova, Nahidə Məmmədova, Pərişan Abdullayeva), II yeri "ASAN" komandası (Sevinc Nəsibli, Afət Mehdiyeva, Sürəyya Dadaşova), III yeri "Mübarizlər" komandası (Səmanur Daşdəmirova, Aydan Yusifova, Jalə Rəhimova) qazanmışdır. Qaliblərə Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin və Şəki şəhər Gənclər və İdman İdarəsinin birgə imzaladıqları diplomlar təqdim olunmuşdur.

ILK-10 Azeri Website Directory