Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Regionlarda Könüllülər Kuboku davam edir

23-24 avqust 2020-ci il tarixdə Şəki Şahmat Məktəbində Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyiini və İdman Könüllüləri İçtimai Birliyinin dəstəyi, Şəki şəhər gənclər və idman idarəsinin təşkilatşılığı ilə "Könüllülər Kuboku" yarışının şahmat üzrə oyunları keçirilmişdir. Yarışda 8 komanda üzrə 24 nəfər könüllü iştirak etmişdir. Maraqlı mübarizə şəraitində keçən yarışda Şəki UGİŞM-nin komandası (Nadir İsmayılov, Yaqub Süleymanov, Maisə Hacıağazadə) birinci yeri, Şəki Şəhər İcra Hakimiyyətinin komandası (Vaqif Nağıyev, Vahab Həmidov, Ulduz Nəsrullayeva) ikinci yeri, Şəki Regional Asan Ximət Mərkəzinin komandası (Ramin Cabbarlı, Fərid Əhmədov, Xəyalə Yusifova) üçüncü yeri qazanmışdır. Qaliblərə Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin və Şəki şəhər Gənclər və İdman İdarəsinin birgə imzaladıqları diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.

ILK-10 Azeri Website Directory