Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması təlimlərinə başlanılıb

Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması adlı maarifləndirici və davamlı fəaliyyətləri nəzərdə tutan layihənin icrasına başlanmışdır. 5 ay müddətində (may – oktyabr, 2019-cu il tarixlərində) icra olunacaq layihə pilot olaraq Biləsuvar, Sabirabad, Şəmkir və Qazax rayonları gənclərinin karyera inkişafına, maariflənməsinə, bu rayonlarda yaşayan, təhsil alan və ya işləyən ali təhsilli gənclərin dövlət qulluğuna maraq və imkanlarının artırılmasına, onların bu xidmətə daxil olmalarının stimullaşdırılmasına, bu sektorda fəaliyyət göstərmələrinə motivasiya yaratmağa, regionlarda məşğulluğun təmin olunmasına və bu sahədə davamlı, requlyar fəaliyyətlərin təşkilinə böyük dəstək və yardımçı olacaqdır. Layihə çərçivəsində ilk olaraq, ADTGT Gənclərin İnkişaf və Karyera Mərkəzi və adı çəkilən regionlardakı Gənclər Evləri və Mərkəzləri ilə birlikdə 4 rayonda gənclər arasında dövlət qulluğu, bu sistemə qəbul, statistik göstəricilər, gənclərin marağı, stimulu, motivasiyası, bu sahədə problem və perspektivlərə dair monitorinq, araşdırma aparılacaq, məlumatlar toplanacaq, nəticələr təhlil olunub hesabat hazırlanacaqdır. Sosial media və şəbəkələr üzərindən on-line ərizələr əsasında seçim aparılacaq və hər rayondan 30 nəfər 20-29 yaş şkalasında olan gənclər dövlət qulluğuna hazırlığa aid 3 (üç) günlük informasiya sessiyalarına dəvət olunmuşdur. Bu qısa təlim-seçim tədbirinin sonunda iştirakçılar arasında post-test – “bacarıq və səviyyənin qiymətləndirilməsi” aparılacaq və hər rayondan 5 nəfər olmaqla 20 nəfər daha fəal, bilikli və qabiliyyətli gənc Bakıda keçiriləcək 8 (səkkiz) günlük mükəmməl, peşəkar tədbirə - təlimçilər üçün təlimə (TOT-a) seçiləcəklər. TOT tədbirində gənclərə dövlət qulluğuna dair əhatəli məlumatlar, zəngin bilklər və müxtəlif interaktiv metodlar və alətlər aşılanmaqla onlar yerli səviyyəli təlimçi-ekspertlər kimi hazırlanacaq və bu 20 nəfər fəal yaxın gələcəkdə dövlət qulluğuna hazırlıq və karyera inkişafı sahəsində yerli gənclərə təlim keçmək bacarıq, vərdiş və təcrübələrinə yiyələnmiş olacaqlar və geniş metodiki vəsaitlərlə təmin ediləcəklər. Regionlara dönən təlimçi-ekspertlər 4 Gənclər Evi və Mərkəzində müxtəlif qruplar üzrə requlyar olaraq bölgə gənclərinə dövlət qulluğuna və karyera inkişafına dair kurslar və təlimlər apararaq, onlarda bu sistemə stimul, motivasiya yaradaraq yerli gəncləri müsabiqə və müsahibələrə hazırlayacaqlar. Layihənin təşkilatçısı, tərəfdaşları və donoru tərəfindən bu prosseslər mütəmadi monitorinq ediləcək və bu davamlı maarifləndirici fəaliyyətlərin qiymətləndirilməsi aparılacaqdır. 04-06-iyul 2019-cu ildə Sabirabad Gənclər Mərkəzində həyata keçiriləcək layihənin açılş mərasimi oldu. Açılş mərasimində Sabirabad rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev iştirak edərək layihə iştirakçılarına uğurılar arzuladı. Sonra təşkilatın sədri Asif Əsgərli layihə haqqında məlumat verdi. Layihənin eksperti Gülnarə Bağırova və təlimçi Dadaş Əhmədli layihənin təlimlərə başladılar. Təlimlər 6 iyul 2019-cu il tarixində yekunlaşacaq.

ILK-10 Azeri Website Directory