Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Qış Möcüzəli adlı gənclər üçün fotomarafon layihəsinin püşkatmasl keçrib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə gənclər üçün FOTOMARAFON layihəsi respublikanın bütün şəhər və rayonlarında həyata keçirilməsi üçün start verilib. 18 dekabr 2019-cu il tarixdə Sabirabad Gənclər Mərkəzində gənclərin iştiarkı ilə fotomarafonun püşkatması keçirilib. Bu layihədə Sabirabad rayonundan 20 nəfər gənc iştirak edəcək.
Püşkatma mərasiminda rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev çıxış edərək layihənin şərtləri haqqında məlumat verib. Foto marafonun qaydaları gənclərə izah olunub və mövzular açıqlanıb. Qeyd olunan mövzular üzrə püşkatma keçirilib. 
Xatiraldaq ki, Fotomarafonda iştirak edən gənclərimiz üçün 19 dekabr 2019-cu il tarixində saat 12:00 START veriləcək və 15:00 da STOP elan olunacaq. İştirakçılar qeyd olunan vaxtda mövzular üzrə öncədən müəyyən olunmuş idarənin vatsap nömrəsinə fotoları yollayacaqlar. Hər iştiakçı tərəfindən müəyyən olunan fotolar gənclər və idman nazirliyi tərəfindən müəyyən olunmuş münsiflər heyyərinə təqdim olunacaq. Və beləliklə bütün respublikanın şəhər və rayonlarından müəyyən olunmuş bir namizəd nazirlik tərəfindən mukafatlandırılıcaq.

ILK-10 Azeri Website Directory