Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Peşəkər döyüşçülər uğur əldə ediblər

Sabirabad idmançıları yeni uğur əldə edib. 14 iyul 2019-cu ildə Bakı şəhərində təşkil olunan Kikboxing və Döyüş növləri Federasiyasının birgə təşkil etdikləri açıq Bakı birinciliyində rayonumuzdan iki idmançı Səid Məlikov və Sübhan Səfərov iştirak edib. Kişilər arasında 90+ çəki dərəcəsində Sübhan Səfərov və 75 kq çəki dərəcəsində isə Səid Məlikov Bakı birinciliyinin qalibləri olublar. Hər iki idmançı gərgin keçən döyüşlərdə rəqiblərinə qalib gələrərk, peşəkar döyüş kəmərinə layiq görülüblər. Qalibləri və onların məşqçisi Nazim Məlikovu, Sabirabad rayon İcra Hakimiyyəti Başçısının I müavini Həsən Həsənov, rayon Təhsil şöbəsinin müdiri Pəhləvan Qarayev, rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev qəbul edib. 
Hər iki idmançını səmimi qəlbdən təbrik edir və gələcək yarışlarda uğurlar arzulayırıq.

ILK-10 Azeri Website Directory