Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Nefçalada könüllük işinin təşkili ilə bağlı onlayn konfrans keçirilib

18 avqust 2020-ci il tarixdə Neftçala rayon Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ilin 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında yer alan Tədbirlər Planının 5.7.5-ci yarımbəndinin icrasını təmin etmək, gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məqsədilə Zoom proqramında onlayn “Könüllülük işinin təşkili” mövzusunda video konfrans keçirildi.
Konfransı – Neftçala rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi, həmçinin moderator Xannənə Ağayava açaraq, tədbirin məqsədi barədə ətraflı məlumat verdi.
Könüllülüyün  etibar, dürüstlük, paylaşmaq olduğunu, könüllülüyün başqasını xoşbəxt etməyin həyatda ən böyük xoşbəxtlik olduğunun fərqinə varmaq olduğunu xüsusi vurğulayan Xannənə xanım ilk olaraq sözü Neftçala rayon Gənclər və İdman İdarəsinin rəisi Yalçın Miriyevə verdi.Yalçın müəllim mövzunun aktuallığından, faydalarından danışaraq, gəncləri könüllü fəaliyyətə qoşulmağa, gənclik potensiallarının xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etməyə səslədi.Daha sonra, İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi- psixoloqu, aparıcı məsləhətçi, eyni zamanda gənclərimizin Neftçala rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə cəlb olunmasında, onların əmək vərdişlərinə yiyələnməsində xidmətləri olan Əliheydər Qarayev, YAP Neftçala rayon Təşkilatı, Gənclər Birliyinin sədri, Yeniqışlaq kənd ümumi orta məktəbin direktoru, bütün dünyanın, ölkəmizin eləcə də Neftçalamızın pandemiya ilə mübarizə apardığı bir dönəmdə Neftçala könüllülərini bir araya toplayan, fəaliyyətini istiqamətləndirən, onlarla birgə çalışan Ülvi Fərzəliyev çıxış edərək, könüllülüyün mahiyyətindən, onun gənclərə mənən qazandırdığı zənginlikdən, şəxsi inkişafda olan faydasından, dövlət başçımızın könüllülərə verdiyi dəyərdən, onun çağırışına cavab olaraq, koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə təsis edilən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin həyata keçirdiyi layihələrin Neftçala rayonunda da Neftçala rayon könüllüləri tərəfindən yüksək səviyyədə icrasından ətraflı bəhs etdilər.Eyni zamanda, Neftçala könüllülərinin içində artıq öz zəhməti, fədakarlığı və əvəzsiz xidməti ilə seçilən könüllü Sona Haxıyeva, Asan könüllüsü olmaqla bərabər, könüllülərin qrupunu yaradan və onlara koorinatorluq edən, Neftçala gənci, Azərbaycan Dövlət Aqrar Universitetin IV kurs tələbəsi Mirqədir Əliyev,Tədbirdə səslənən fikirlərdən və edilən təklif və tövsiyələrdən ilhamlanan və könüllü olmağa qərar verən Neftçala rayon Qırmızıkənd kənd tam orta məktəbin IX sinif şagirdi Zabitə Quliyeva, Könüllülüyü, dövlətinə xidməti özünə fəxr bilən, bununla qürur duyan, hətta müddətli deyil, müddətsiz olaraq çalışmağa hazır olan Səkinə xanım da tədbirdə öz fikir və düşüncələrini gənclərimizlə paylaşdılar.

ILK-10 Azeri Website Directory