Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Narkomaniya qarşı mübarizə hər birimizin işidir mövzusunda regional onlayn tədbir keçirilib.


18 sentyabr 2020-ci il tarixində Sabirabad Rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü və Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli, Beyləqan rayon və Şirvan şəhər gənclər və idman idarələrinin təşkilatçılığı ilə  ”Narkomaniya qarşı mübarizə hər birimizin işidir” mövzusunda regional onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Hacıqabul Rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələskərov bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən 26 avqust 1996-cı il tarixdə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında “ Fərman imzalanmaqla ölkəmiz narkomaniya kimi bəlanın kökünün kəsilməsi istiqamətində beynəlxalq mübarizəyə qoşulmuş, bu sahədə zəruri qanunvericilik bazası yaradılmışdır.    Azərbaycan Respublikası müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə qoşulmuşdur. Bu Fərmanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş və bu sahədə dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu strateji kursu davam etdirərək dövlətimizin əsas prioritetlərindən biri kimi qəbul etmiş,narkomanlıqla mübarizədə müsbət nəticələrin eldə edilməsi məqsədilə sayca dördüncü 24.06.2013-cü il tarixli 2966 nömrəli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursolarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir.
Çıxış edənlərdən Saatlı rayonundan Ayşən Ələkbərova, Beylqan rayonundan  Elnur Səfərov, Şirvan şəhərindən Rövşən Mehrəliyev, Salyan rayon Gənclər və İdman İdarəsinin Rəisi Araz Hüseynov,Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev bildiriblər ki, regionda Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması istiqamətində təsdiq edilmiş plana uyğun ardıcıl tədbirləri rayon Polis İdarələri, təhsil müəssisələri, RİH başçısının kənd və qəsəbələr üzrə nümayəndəlikləri, qeyri hökümət təşkilatları, Gənclər və İdman İdarələri ilə birgə həyata keçirilmişdir.
Çıxışçılar zərərli vərdişlərin təsiri altına azyaşlı uşaqlar daha tez düşürlər,ona görə də azyaşlı uşaqların mənfi təsirin altına düşməsini, zərərli vərdişlərə zəif müqavimət göstərmələrini nəzərə alaraq Komissiya müvafiq dövlət və qeyri hökümət təşkilatları ilə birlikdə müntəzəm profilaktiki iş aparılmasını qeyd etmişlər. Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
 

ILK-10 Azeri Website Directory