Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Millət Vəkili Elçin Quliyev bir qrup gənci qəbul edib

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “2 fevral Azərbaycan Gənclər Günü” münasibəti ilə həyata keçirdiyi “İntellektual Kulubların Gənclər Kuboku” adlı intellektual yarışması keçirilmişdir. Yarışmada ölkənin 68 komandası olmaqla 408 gənc iştirak edib. Maraqlı keçən yarışmada bütün mərhələləri uğurla keçən rayonumuzun “Sabirabad” komandası ölkə kubokuna sahib olublar. 
Bununla əlaqədar olaraq Sabirabad rayonundan olan Milli Məclisin Deputatı Elçin Quliyev komandanı qəbul edib. Qəbulda Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev qeyd edib ki, “Sabirabad”adlı intelektual komandanın yaradılması Ruslan Mirzəliyevin və bir qrup Sabirabadlı gənc tələbələrin təşəbbüsü ilə yaradılıb. Bu gənclər bir çox intelektual yarışların iştirakçıları olmuşlar. N.Quliyev qeyd edib ki, Rayon Gənclər və İdman İdarəsi gənclərimizin bu təşəbbüsünü alqışlayır və belə təşəbbüsləri dəstəkləyir.
Millət Vəkili Elçin Quliyev qeyd edib ki, “Bu gün Azərbaycanda Dövlət Gənclər Siyasəti uğurla həyata keçirilir. Cənab Prezidentimiz İlham Əliyev hər zaman gənclərə xüssusi diqqət və qayğı ilə yanaşıb. Gənclərimizn inkişafı üçün müxtəlif Dövlət Proqramlarının icrası üçün bir neçə Sərəncamlar imzalayıb. Gənclər üçün “Prezident Mukafatı” təsis edib. Bütün bunlar Dövlət Gənclər Siyasətinin inkişafına hesablanıb. Siz gənclərdə sizə göztərilən bu diqqət və qayğıdan səmərəli istifadə edib dövlətimizə, xalqımıza ləyaqətlə xidmət etməlisiniz.” Sonra Elçin Quliyev sosial şəbəkələrdə təhqiramiz statsulara, çıxışlara münasibət bildirib. O qeyd edib ki, belə aqressiv çıxış edən insanlara Azərbaycanlı demək olmaz. Onlar yalnız və yalnız dövlətimizi sevməyən xarici qüvvələrə xidmət edənlərdir. Elçin Quliyev gənclərə müraciət edərək qeyd edib ki, Siz gənclərdə belə insanlara layiqli cavablarınızı verməlisiniz.
Görüşdə iştirak edən Sabirabad rayon İcra Hakimiyyəti Başçısının I müavini Həsən Həsənov gəncləri təbrik edib. O çıxışında Elçin Quliyevə təşəkkürünü bildirib və qeyd edib ki, sizin bu görüşünüz gənclərimiz üçün bir stimuldur. Komandanın kapitanı Ruslan Mirzəliyev Millət Vəkili Elçin Quliyevə, Sabirabad rayon İcra Hakimiyyəti Başçısının I müavini Həsən Həsənova bu qəbul üçün təşəkkürünü bildiməklə, gələcəkdə də rayonumuzun adını daha yüksəklərə qaldıracağına söz verib. 
Görüşdə komandanın kapitanı Ruslan Mirzəliyev və komandanın üzvləri Əlirza Əhmədov, Eyvaz Usubov, Akşın İbişov, Taleh Muradov, Seyidhəşim Həşimli rayon gənclər və idman idarəsinin diplomları və xatirə hədiyyələri ilə təltif olunublar.
Sonda xatirə şəkli çəkdirilib.

ILK-10 Azeri Website Directory