Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Mənəvi dəyərlərimiz - dünən, bu gün və sabah

Noyabrın 22-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Sabirabadda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah”” mövzusunda seminar-treninq keçirilib. 
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Şahnaz Babayeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, ziyalılar, gənclər və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev mənəvi dəyərlərin təbliğinin hər bir vətəndaşın borcu olduğunu bildirdi. 
Daha sonra çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Fondun həyata keçirdiyi genişmiqyaslı tədbirlər haqqında danışdı. C.Əliyev mənəvi dəyərlərin qorunması və inkişafına dövlət qayğısının yüksək səviyyədə olduğunu diqqətə çatdırdı. C.Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə mənəvi sahədə görülmüş işlər haqqında da məlumat verdi. 
Tədbirdə çıxış edən Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə milli və mənəvi dəyərlərin gənclər arasında təbliğ edilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. S.Verdizadə elm və təhsilin gənclər üçün yeni imkanlar yaratdığını vurğuladı.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov dini dəyərlərin mənəvi dəyərlərin tərkibi olduğunu və Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə təşkil edildiyini bildirdi. 
Gənc Murad Həsənli dövlətin uğurlu gənclər siyasətinin onların mənəvi tərbiyəsinə müsbət təsir göstərdiyini diqqətə çatdırdı. 
Tədbirin yekununda iştirakçılarla fikir mübadiləsi aparıldı.

ILK-10 Azeri Website Directory