Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Məktəblilərin Respublika Çempionatının ŞAHMAT üzrə rayon mərhələsinə yekun vurulub

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq Sabirabad Rayon Təhsil Şöbəsinin və Sabirabad Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 15 noyabr 2018-ci il tarixdə Sabirabad Şahmat İdman Uşaq Gənclər Məktəbində şahmat üzrə rayon mərhələsi keçirilib. Maraqlı keçən şahmat yarışmasında  I yerə M.Müşviq adına 4 saylı şəhər tam orta məktəbi,II yerə N.Nərimanov adına tam orta məktəb, III yerə Ulacalı kənd tam orta məktəbi  layiq görülüb. 
Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev və rayon Təhsil şöbəsinin nümayəndələri iştirak edib. 

ILK-10 Azeri Website Directory