Sabirabad Rayon Gənclər İdarəsi

Məktəblilə QIŞ NAĞILI adlı sərgi təşkil edib

Məktəblilər "Qış Nağılı" adlı sərgi təşkil etdi.

Bu gün Sabirabad rayonu N.Gəncəvi adına 5 saylı şəhər orta məktəbinin 2B sinifinin təqdimatında "Qış Nağılı" adlı sərgi təşkil olunmuşdur. Sərginin açılışını edən sinifin müəlliməsi İradə Rəsulova qonaqları salamlamış və sərgi haqqında qonaqlara məlumat vermişdir. İradə Rəsulova qeyd etmişdir ki, gördüyünüz bu əl işlərini uşaqlar özləri hazırlamış və bu sərginin hazırlanmasına bir ay vaxt sərf edilmişdir. İ.Rəsulova uşaqların bu əl işlərinin haırlanmasında valideynlərin dəstəyini xüsusilə qeyd etdi. Çıxış edənlərdən rayon Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək belə sərgilərin keçirilməsi uşaqların bacarığını, onların istedadını arayıb üzə çıxarmaq üçün imkan yaradır. Bacarıqlı və istedadlı uşaqların ortaya çıxarılması və onlara stimul verilməsi, onların gələckdə bacarıqlı və cəmiyyətimizə yararlı gənc kimi yetişməsinə xidmət edəcək.Tədbirin sonunda məktəbin direktoru Könül Ağayeva sərgiyə gələn bütün qonaqlara öz təşəkkürünü bildirmi. və gələckdə istedadlı gənclərin və yeniyetmələrin aşkarlanması üçün məktəbin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini qeyd etmişdir. Sonda sərgiəd iştirak edən uşaqlar məktəbin tərifnaməsi ilə təltif oldular.

ILK-10 Azeri Website Directory