Sabirabad Rayon Gənclər İdarəsi

MƏRKƏZ Regional Futbol Federasiyasında püşkatma mərasimi keçirilib

“Region Liqası” turnirinin püşkü atılıb. Püşkatma mərasimi 3 şəhərdə - Sumqayıtda (Kapital Bank Arena), Sabirabadda (Gənclər Mərkəzi, akt zalı) və Oğuzda (Təhsil şöbəsi, akt zalı) keçirilib.

Püşkatmalarda AFFA-nın Məşqçilər Komitəsinin üzvləri və regional futbol federasiyalarının nümayəndələri iştirak edib.
Liqanın oyunlarına dekabrın 16-da və 17-də start veriləcək.
Məlumat üçün qeyd edək ki, “Region Liqası”nın oyunları 3 zona üzrə (Paytaxt və Şimal; Cənub və Mərkəz, Şimal-Qərb və Qərb) keçiriləcək. Hər birində 4 və ya 5 iştirakçı olmaqla komandalar 2 qrupda mübarizə aparacaq. Bu mərhələ 4 dövrədən  ibarət olacaq.  
Hər zona üzrə qalibi müəyyənləşdirmək üçün qrup mərhələsini birinci pillədə başa vuran komandalar arasında pley-off qarşılaşması təşkil ediləcək. Qalib komandalar yarımfinala vəsiqə qazanacaqlar.
Yarımfinal mərhələsində 3 zonanın qalibi ilə yanaşı, Naxçıvan Muxtar Respublikası üzrə birinci yeri tutmuş komanda da iştirak edəcək. Qarşılaşmalar neytral meydanda keçiriləcək və bir oyundan ibarət olacaq. Final və üçüncü yer uğrunda oyun da neytral meydanda keçiriləcək. 
Turnirin ştirakçı komandalarının zonalar üzrə bölgüsünü və püşkün nəticəsinə uyğun olaraq, birinci turda keçiriləcək oyunların siyahısını diqqətinizə çatdırırıq:
 
PAYTAXT VƏ ŞİMAL ZONASIPa
CƏNUB VƏ ARAN ZONASI
ŞİMAL QƏRB VƏ QƏRB ZONASI
PAYTAXT VƏ ŞİMAL 
ZONASI
Tufan (Bakı)
MƏRKƏZ VƏ CƏNUB
ZONASI
Ümid (Cəlilabad)
ŞİMAL QƏRB VƏ QƏRB ZONASI
Şəki
Ümid (Bakı)
Dinamo (Yardımlı)
Kürmük (Qax)
Şağan
Cənub RFF
Oğuz
Şıxlar FK (Qobustan)
Astara
Şirvan (Ağdaş)
Şahdağ (Qusar)
Neftçala
Energetik (Mingəçevir)
Şahdağ (Quba)
Füzuli
Göyəzən (Qazax)
Səhliyalı (Şabran)
Gənclik (Sabirabad)
Şəmkir
Uğur (Sumqayıt)
Kürdəmir
Xəmsə (Gəncə)

ILK-10 Azeri Website Directory