Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Könüllülər ili ilə bağlı onlayn regional toplantı keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi ilə bağlı 01 sentyabr 2020-ci il tarixində Sabirabad rayon gənclər və idman idarəsinin təşəbbüsü və Saatlı, Sabirabad, İmişli, Beyləqan, Neftçala, Salyan, Hacıqabul rayon və Şirvan şəhər gənclər və idman idarələrinin təşkilatçılığı ilə region gənclərinin toplantısı keçirilib.
Toplantını giriş sözü ilə aşan Saatlı rayon gənclər və idman idarəsinin rəisi Elçin Qiyasov tədbirin keçirilməsində əsas məqsəd 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncama uyğun olaraq könüllü fəaliyyətin təşviqi, il ərzində həyata keçirilməsi nəzərdə tutulan layihə və tədbirlər, yeni təşəbbüslər barədə müzakirələrin təşkili olunamsını qeyd etmişdir.
Toplantı çıxış edənlərdən Sabirabad rayonundan könüllü Gülər Məmmədova,Saatlıdan Gültəkin Məmmədova, Salyandan Əlişir Əliyev, İmişlidən Ziya Rzayev, Şirvandan Gülnurə Nəsir, Nefçaladan Sona Haxıyeva, Hacıqabuldan Firdovsi ibrahimov,Beyləqandan Mürsəl Behbudlu qeyd etmişlər ki,  Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin könüllülüyün inkişafı, gənclərin könüllü fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqəti, gənclər sahəsində həyata keçirilən siyasətin prioritet olaraq müəyyən olunması qeyd olunmuşdur.
Toplantıda həmçinin könüllülüyün region gənclərinin arasında təşviqi, maarifləndirmə xarakterli tədbirlərin təşkili, geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək məqsədilə uzun müddətli proqramların icrası, könüllülər üçün düşərgələrin təşkili və digər istiqamətlər ilə bağlı təkliflər dinlənilib və geniş müzakirələr aparılıb.
Tədbirdə Beyləqan, İmişli, Sabirabad, Hacıqabul, Neftçala, Salyan və Şirvan şəhər gənclər və idman idarələrinin rəsiləri də iştirak edib.

ILK-10 Azeri Website Directory