Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Karantin qaydalarına biganə qalan vətəndaşlar xalqın genefonduna zərbə vururlar şüarı altında onlayn toplantı keçirilib

Sabirabad Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə COVİD -19 Pandemiyası ilə mübarizə məqsədilə Karantin qaydalarına biganə qalan vətəndaşlar xalqın genefonduna zərbə vururlar şüarı altında onlayn video toplantı keçirilib. Konfransda COVİD-19 virusunun yayılmasının qarşısının alınması ilə bağlı gənclərin arzu və təklifləri, həmçinin birgə mübarizə barədə fikirləri dinlənildi. Toplantını giriş sözü ilə Sabirabad Rayon Gənclər və İdman İdarəsinin Rəisi Nadir Quliyev açaraq bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mübarizə tədbirlərindən danışdı. Toplantıda Sabirabad rayon Gənclərin İnkişaf və Kariyera Mərkəzinin direktoru Rəşad Qurvanov, Sabirabad Sosial İqtisad Kollecindən fəal gənc Jalə Sadıqova, Sabirabad Regional ASAN Xidmət mərkəzinin əməkdaşı Rüfət Şahəliyev,YAZTV-nin Baş Redaktoru Qoşqar Rzayev, rayonun fəal gəncləri və könüllülər iştirak ediblər. Çıxış edənlər koronavirus infeksiyası barədə gənclərə geniş məlumat verərək, iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırdı. Konfrans iştirakçıları hər birini sosial məsuliyyətindən irəli gələrək dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa, Operativ Qərargahın tələb və tövsiyyələrinə əməl etməyə çağırıblar.

ILK-10 Azeri Website Directory