Sabirabad Rayon Gənclər və İdman İdarəsi

İlk dəfə səs verəcək gənclərlə görüş kecirilib

18 dekabr 2019-cu il tarixdə Sabirabad Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə iştirak təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) icrasını təmin etmək məqsədi ilə gənclər, xüsusi ilə ilk dəfə səsverənlər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi üçün Azərbaycanda bələdiyyə seçkilərində ilk dəfə səs verəcək rayon gənclərinin görüşü keçirilib.
Görüşdə Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, 63 saylı Sabirabad birinci Dairə Seçki Komissiyasının katibi Azər Hüseynov Sabirabad Dövlət Sosial Iqtisad Kollecinin Direktor müavini Vəli Rəhimov 70 nəfər ilk dəfə səs verəcək gənclər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev qeyd etdi ki, 23 dekabr 2019-cu il tarixdə Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Sabirabad rayonunda 234 nəfər gənc dekabr ayının 23də ilk səs vermə hüququ qazanmışdır. N.Quliyev vurğuladı ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur.

Daha sonra çıxış edən 63 saylı Sabirabad birinci Dairə Seçki Komissiyasının katibi Azər Hüseynov seçki hüququndan, seçkilərə hazırlıq işlərindən danışıb. Natiqlər seçkilərinin ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğulayıb.
Sonda ilk dəfə səs verəcək gənclərin seçki ilə bağlı maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırıldı.

ILK-10 Azeri Website Directory