Sabirabad Rayon Gənclər İdarəsi

İDEA içtimai birliyi Sabirabadda şəhid ailələri üçün nar bağı salıb

Sabirabadda aztəminatlı ailələr üçün meyvə bağları salınıb

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə noyabrın 24-də Sabirabad rayonunda aztəminatlı ailələr üçün Nar bağı salınıb.

Ağacəkmə aksiyaları zamanı Sabirabad rayonunda 2 hektar ərazidə 1000 ədəd nar ağacı əkilib. Salınan meyvə bağları sözügedən rayonda yaşayan Qarabağ müharibəsində şəhid olmuş insanların ailələri arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib.Şəhid ailələr bu nar bağına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

Sabirabad rayon İcra Hakimiyyətinin Başçısı Nazim İsmayılov çıxış edərək layihə haqqında məlumat verib. Sonra Nazim İsmayılov aprel döyüşlərində həlak olmuş Azərbaycanın Milli Qəhramanı Murad Mirzəyevin atası Telman Mirzəyevə, şəhid Muradov Rizvan Telman oğlunun atası Telman Muradova, birinci Qarabağ döyüşlərində itkin düşmüş, şəhid Qubadov Bayram Tahir oğlunun qardaşı Rəhman Qubadova onlar üçün ayrılmış torpaq sahələrinin qərarları təqdim edildi.

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.

Qeyd edək ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanmışdır. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa və Tovuz rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin təmənnasız istifadəsinə verilmişdir.

ILK-10 Azeri Website Directory