Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Həsən Hüseynli yeniyetmələr arasında dünya ikincisi oldu

10-12 may tarixində Ukraynanın Odessa şəhərində Qoçyu-Ryu Karate üzrə II Dünya Çempionatı keçirilmişdir. Bu çempionatda Sabirabad rayonunun Həşimxanlı kəndindən 13 yaşlı Həsən Hüseynli iştirak edib. Həsən yaşıdları arasında 56 kq çəki dərəcəsində dünya kubokunun ikincisi olub. 
Bu münasibətlə Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev Həsən Hüseynlini və onun məşqçisi Nazim Məlikovu qəbul edib. N.Quliyev Həsən Hüseynilinin bu nəaliyyətinə görə onun qələbəsini yüksək qiymətlədirib və Həsən Heseynli idarənin diplom və hədiyyəsi ilə təltif olunub. Sonda xatirə şəkli çəkdirilib.

ILK-10 Azeri Website Directory