Sabirabad Rayon Gənclər və İdman İdarəsi

Hərbi Hissədə Novruz şənliyi keçirilib

Sabirabad rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 19 mart 2019-cu il tarixdə, Sabirabad rayonunda yerləşən N saylı hərbi hissədə novruz şənliyi keçirilib. Şənlikdə rayon İcra Hakimiyyəti Başçısının I müavini Həsən Həsənov, rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Prezident Təqaüdçüsü, Qaratəpə kənd Bələdiyyəsinin sədri Fatma Hüseynova və başqaları əsgərlər qarşısında çıxış edərək onları təbrik ediblər. Əsgərlərə bayram xonçaları təqdim edilib. Sonda bayram tonqalının ətrafında əsgərlər yallı oynayıblar.

ILK-10 Azeri Website Directory